Apple-da böyük dəyişiklik: Tim Kuk baş direktor vəzifəsini tərk edəcək

Опубликовано: 23:00, 21.04.2026

Tim Kuk 15 ildən sonra Apple şirkətinin baş direktoru vəzifəsini tərk edir. Şirkət artıq onun varisini də rəsmi şəkildə açıqlayıb — bu posta brendin aparıcı mühəndislərindən biri gətirilir. Kuk 2011-ci ildə Stiv Jobsu əvəz edərək Apple-ın rəhbəri olmuşdu. IDC analitiklərinin fikrincə, o,


“texnologiya tarixinin ən uğurlu rəhbərlərindən biri” sayılır. 15 il ərzində şirkətin sükanı arxasında olan Kuk şirkəti tamamilə yeni miqyaslara çıxardı. Rəqəmlər isə bu uğurun ən yaxşı sübutudur: Şirkətin bazar dəyəri 1000%-dən çox artaraq təxminən 390 milyard dollardan 4 trilyon dollara


yüksəldi İllik gəlir 2011-ci ildəki 108 milyard dollardan 2025-ci ildə 416 milyard dollardan çox səviyyəyə çatdı Kuk dövründə Apple Watch, AirPods və yeni MacBook Neo kimi cihazlar bazara çıxdı Apple kompüterləri Apple Silicon platformasına keçərək performansda ciddi sıçrayış etdi Bundan əlavə, şirkətin xidmətlər ekosistemi — iCloud, Apple Pay, Apple Music və Apple TV+ — artıq 100 milyard dollardan çox dəyəri olan ayrıca nəhəng biznesə çevrilib. Apple-ın yeni CEO-su John


Ternus olacaq. 51 yaşlı mühəndis Pensilvaniya Universitetində maşınqayırma ixtisası üzrə təhsil alıb və artıq 25 ildir ki, Apple-da çalışır. O, son olaraq aparat təminatının hazırlanması üzrə baş vitse-prezident vəzifəsini tuturdu. Ternus iPad və AirPods layihələrində iştirak


edib, həmçinin iPhone, Mac kompüterləri və Apple Watch üzərində işləyib. Keçid dövründə (1 sentyabr 2026-cı ilədək) Kuk yeni rəhbərlə birlikdə işləyəcək. Daha sonra o, direktorlar şurasının icraçı sədri vəzifəsinə keçəcək. Bu isə o deməkdir ki, növbəti iPhone təqdimatı artıq Ternusun rəhbərliyi altında baş tutacaq. Tim Kuk yeni rəhbər haqqında belə deyib: onun “mühəndis ağlı, yenilikçi ruhu və dürüst idarəetmə prinsipləri” var və o, Apple-ı gələcəyə aparacaq ən doğru


seçimdir. Bununla belə, analitiklər qeyd edir ki, Ternus şirkəti çətin bir dövrdə qəbul edir. Rəqiblər süni intellekt sahəsində sürətlə irəliləyir, Apple isə Siri üçün AI inteqrasiyasında uğur qazana bilməyib və bu sahədə əsasən Google və OpenAI kimi tərəfdaşlara güvənir. Öz növbəsində Con Ternus bildirib ki, qarşıdakı illərlə bağlı böyük ümidləri var və Apple-da “dünyanın ən istedadlı insanlarının” çalışdığını vurğulayıb. O, şirkətin yarım əsrlik


dəyərlərinə sadiq qalacağını və bu məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyini qeyd edib. Ternusun əvvəlki vəzifəsini isə mühəndis Jony Srouji icra edəcək. Artıq 30 aprel tarixində keçiriləcək maliyyə konfransında Kuk və Ternusun birlikdə ilk ictimai çıxışı gözlənilir. The post Apple-da böyük dəyişiklik: Tim Kuk baş direktor vəzifəsini tərk edəcək appeared first on InfoCity.


Apple-da böyük dəyişiklik: Tim Kuk baş direktor vəzifəsini tərk edəcək

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Counter-Strike 2-də son illərin ən böyük dəyişikliyi edildi 07:00, 20 Мар Counter-Strike 2-də son illərin ən böyük dəyişikliyi edildi Valve gözlənilmədən Counter-Strike 2 üçün son illərin ən böyük yeniləmələrindən birini təqdim edib və bu dəyişiklik oyunun gedişinə ciddi təsir göstə...