İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı. Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.
Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib. Əvvəlki mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox təlimə daha 3 min təlim əlavə olunub. Beləliklə, proqrama qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox təlimdən istədiklərini seçmək və 6 həftə ərzində platformadan ödənişsiz yararlanmaq imkanı
əldə edəcəklər. Bununla yanaşı, pr Azərbaycan dilində altyazı ilə təqdim olunan 2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim isə dublyaj olunub. “4Sİ Akademiyası — Milli Proqram” çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM,
“Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır. Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır. Yeni mərhələdə
iştirakçılar data analitikası, kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq, proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi, rəqəmsal iqtisadiyyat və digər aktual sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər. Qeyd edək
ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, 1 aprel 2025 — 31 mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş
kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar. Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq göstərilən istiqamətlər arasında liderlik və idarəetmə, data analitikası, süni intellekt, biznes strategiyası, proqram təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları, maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer alıb. Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmış sorğunun
nəticələrinə əsasən, sorğuda iştirak edən 2261 nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2 faizi isə proqramın davam etdirilməsini dəstəkləyib. Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın onların iş performansını artırdığını, 20,7 faizi əldə etdikləri bilik və bacarıqlarının əmək haqqına təsir etdiyini, 16,9 faizi isə iş yerində vəzifə yüksəlişi əldə etdiyini qeyd edib. Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunacaq. “Pasha Holding”, SOCAR,
“Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində çıxış edirlər. Proqrama qoşulmaq üçün vətəndaşlar
https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. The post “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı appeared first on InfoCity.
Сообщает infocity.tech
Новость из рубрики: Технологии и Hi-Tech
Поделиться новостью:
Топ Новости Недели
- Комплексная профессиональная защита кузова автомобиля от сколов, царапин, дорожного пескоструя и преждевременного износа посредством современной технологии оклейки антигравийной пленкой...
- КОСМИЧЕСКИЕ ХАРАКТЕРЫ И ЧЕЛОВЕЧЕСКИЕ КОНФЛИКТЫ: ТРИ ЗОДИАКАЛЬНЫХ ТИПАЖА, КОТОРЫЕ ЧАСТО СЧИТАЮТСЯ СЛОЖНЫМИ В ОБЩЕНИИ, И ГЛУБОКОЕ ПОГРУЖЕНИЕ В АСТРОЛОГИЮ, ПСИХОЛОГИЮ ЛИЧНОСТИ И МЕЖЛИЧНОСТНЫЕ СЦЕНАРИИ...
- ГЛОБАЛЬНАЯ РЕВОЛЮЦИЯ СВЯЗИ: КАК eSIM С ИНТЕРНЕТОМ ПЕРЕОПРЕДЕЛЯЕТ ПУТЕШЕСТВИЯ, БИЗНЕС-МОБИЛЬНОСТЬ И ЦИФРОВУЮ ЭКОНОМИКУ XXI ВЕКА...
- Глубинные консалтинговые услуги и обучение ПОД/ФТ: стратегия комплаенса, финансовая безопасность, риск-менеджмент и развитие корпоративной культуры противодействия отмыванию доходов и финансированию терроризма...
- İyun ayında beynəlxalq ekoloji forum keçirildi. Ekoloji layihələr beynəlxalq dəstək qazandı və region yaşıl inkişafın liderinə çevrildi. Bu uğurlar gələcək nəsillər üçün təmiz və sağlam mühit yaratdı. Əhali ekoloji məsuliyyət hissini daha dərindən dərk et...
- Основное преимущество свайного основания заключается в том, что оно позволяет строить здания на нестабильных грунтах...
- Ультраформер (Ultraformer) и ультразвуковой SMAS-лифтинг: глубокий анализ технологии, механизмов омоложения, показаний, результатов и роли в современной эстетической медицине с расширенным взглядом на антивозрастные методики и уход за кожей...
- Современные финансовые решения для краткосрочных ситуаций: где быстро взять деньги в долг на несколько дней, какие преимущества имеют краткосрочные займы и как грамотно использовать такие финансовые инструменты...
- Натуральный камень нового поколения: гранит и мрамор от современного завода гранитных изделий — безупречное качество, долговечность материалов и выгодные условия покупки для строительства, архитектуры и интерьерного дизайна...
- Рулонные шторы нового поколения: функциональная защита от солнца, стильное оформление окон и современные технологии управления освещением в интерьере дома, квартиры и офиса...
- Полная генеральная уборка домов после ремонта: как проводится профессиональная очистка помещений, удаляется строительная пыль и подготавливается жилье к комфортной и безопасной эксплуатации...
- Современный сервис «трезвый водитель»: как работает услуга доставки клиента и его автомобиля по нужному адресу, почему она становится частью культуры безопасного вождения и какие преимущества получает водитель...
- Перехват лидов с сайтов и телефонов конкурентов: современные технологии цифрового маркетинга, стратегии получения клиентов и способы увеличения потока заявок для бизнеса...
- Интеллектуальная трансформация компаний: как ИИ-агенты формируют новую экономику автоматизации, управления и цифровых решений для бизнеса...
- LiFePO4 аккумуляторы нового поколения со сроком эксплуатации 13–15 лет: долговечные технологии хранения энергии, преимущества литий-железо-фосфатных батарей, безопасность, экономическая эффективность и перспективы развития энергетических систем будущего...
- Виртуальный турецкий номер как инструмент глобальной коммуникации: возможности современных технологий связи, преимущества для бизнеса, интернет-сервисов, безопасности аккаунтов и международного взаимодействия...
- Индивидуальная спортивная форма под заказ с логотипом: как персонализированная экипировка формирует командный стиль, усиливает бренд, повышает мотивацию спортсменов и становится мощным инструментом спортивного маркетинга...
- Металлические лестницы в современном строительстве и архитектуре: виды конструкций, технологии производства, безопасность, дизайн интерьера и инновационные инженерные решения...
- От обновлений игр до глобальных чемпионатов: комплексный обзор новостей киберспорта и игровой индустрии, включая турниры, команды, стриминг, медиаплатформы, технологические инновации, аналитические тренды и будущее виртуальных соревнований...
- Глубоко продуманная концепция загородной среды обитания: архитектурно гармоничные коттеджные поселки нового поколения с единой стилевой концепцией, инфраструктурой, ландшафтным дизайном и инженерными системами...
01:00, 28 Июн OpenAI GPT-5.5 Instant modelini daha ağıllı və daha ünsiyyətcil etdi OpenAI şirkəti GPT-5.5 Instant modelinin genişmiqyaslı yenilənməsini təqdim edib. Bu dəfə əsas diqqət cavabların dəqiqliyindən çox, istifadəçi ilə ün...
06:00, 07 Июл Yaddaş daha da bahalaşacaq: Samsung DRAM qiymətlərini yenidən artırmağa hazırlaşır Yaddaş bazarında qiymət artımı hələ bitməyib. Cənubi Koreya KİV-lərinin yaydığı məlumata görə, Samsung 2026-cı ilin üçüncü rübündə DRAM yaddaş çiplər...
17:22, 28 Мар Про ремонт стиральных машин с разбором причин неисправностей, методов диагностики, самостоятельного устранения поломок, профилактического обслуживания и влияния современных технологий на долговечность бытовой техники Стиральная машина является одним из самых востребованных бытовых приборов в современном доме. Она значительно упрощает повседневную жизнь, экономит в...
20:02, 06 Авг İyun ayında beynəlxalq ekoloji forum keçirildi. Ekoloji layihələr beynəlxalq dəstək qazandı və region yaşıl inkişafın liderinə çevrildi. Bu uğurlar gələcək nəsillər üçün təmiz və sağlam mühit yaratdı. Əhali ekoloji məsuliyyət hissini daha dərindən dərk et 2026-cı ilin ikinci kvartalında Rusiyanın 25-ci regionunda nəhəng inkişaf dalğası yaşandı və bölgə bütün sahələrdə tarixi nailiyyətlər əldə etdi. Sən...