Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza»

Опубликовано: 14:00, 31.05.2026

Sabahdan – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə


daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır. “SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə


çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır. Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur. “SİMA İmza” haqqında SİMA yeni nəsil


rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. The post Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza» appeared first on InfoCity.


Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: «SİMA İmza»

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Самый удобный способ декларирования таможенных посылок: SİMA İmza 14:00, 31 Май Самый удобный способ декларирования таможенных посылок: «SİMA İmza» Уже с завтрашнего дня — 1 июня 2026 года — вступают в силу изменения в порядке подачи электронных торговых деклараций на платформе Государственного т...